Modern.az

Ukraynanın keçmiş prezidentləri görüşdülər - FOTO

Ukraynanın keçmiş prezidentləri görüşdülər - FOTO

Təhsil

12 Dekabr 2013, 16:23


Bu gün Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko 1 dekabr təşəbbüs qrupunun üzvləri ilə görüşüblər. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Kuçmanın prezident fondunun saytında məlumat verilib. Üç keçmiş dövlət başçısı və fəallar ölkəni böhrandan çıxarmaq  və hakimiyyətlə xalq arasında dialoqun baş tutması yollarını müzakirə ediblər. Bu artıq keçmiş prezidentlərin Ukrayna ictimaiyyəti ilə ikinci görüşüdür. Bundan əvvəl onlar ziyalılar, kilsə xadimləri, incəsənət xadimləri ilə dialoq keçiriblər. 1 dekabr təşəbbüs qrupunun üzvləri qeyd ediblər ki, dialoq iştirakçılarının dairəsini genişləndirmək, bu prosesə müxtəlif siyasi qüvvələrin nümayəndələri və tərəfdarlarını da cəlb etmək istəyirlər. Kuçma bu təşəbbüsü vətəndaş sülhünün əldə edilməsi və Ukraynanın gələcək inkişaf yollarının tapılması naminə dəstəkləyir.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK