Modern.az

“Baku Steel Company”də anım mərasimi - FOTOLAR

“Baku Steel Company”də anım mərasimi - FOTOLAR

Təhsil

12 Dekabr 2013, 16:56

 “On ildir ki, ulu öndər Heydər Əliyev aramızda yoxdur. Ancaq bu  nadir tarixi dühanın bizlərə ərməğan etdiyi bugünkü  müstəqil Azərbaycan onun  milli tariximizdə unudulmaz və əbədi iz qoyduğunun  parlaq  nümunəsidir. Xalqımız böyüklüyünü Heydər Əliyev kimi dahi şəxsiyyət yetişdirməklə sübut etmişdir”.
Bu fikirlər “Baku Steel Company” MMC-də mərhum dövlət başçısı Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş mərasimdə səslənib. Heydər Əliyevin  büstü önünə tər güllər qoyulduqdan sonra onun daimiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov deyib:

“Ümummilli liderin əbədiyyətə qovuşmasından 10 il ötsə də, onun əməlləri yaşayır. Bu gün bizim çalışdığımız, ölkə iqtisadiyyatına dəyərli töhfələrini verən Baku Steel Cоmpany MMC də ulu öndər Heydər Əliyevin ideyasının məhsuludur. Azərbaycanda metallurgiya sənayesinin yenidən bərpası bizi “Simens” kimi dünya metallurgiya nəhəngləri ilə tərəfdaş etmiş, zavodda aparılan islahatlar, yenidənqurma işləri sona çatmış, istehsal gücü 1 milyon 100 min ton olan yeni zavod qurulmuşdur. İndi 5 min nəfərin çalışdığı şirkətdə yeni layihələrin həyata keçirilməsi, istehsal edilən məhsulların çeşidinin artırılması, daxili bazarda keyfiyyət əmsalının yüksəkliyi, ixrac edilən məhsulların ildən ilə çoxalması, əcnəbi şirkətlərin ölkə daxilindəki zavodlarla sıx ünsiyyətə can atması metallurgiya sahəsində illər öncə yaranmış durğunluğun artıq geridə qaldığını bir daha sübut edir.

 Bunların  hamısı onu göstərir ki, Ulu öndərin müəllifi olduğu zəngin idarəçilik fəlsəfəsinə sadiq qalan cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi dövrdə ölkəmizdə sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verməkdədir”. 

 Digər çıxışlarda da bildirilib ki, Azərbaycanı yenidən quran Heydər Əliyev xalqa inkişaf edən, demokratik, müstəqil bir dövlət miras qoyub. Onun layiqli davamçısı Prezident İlham Əliyev bu mirası qoruyaraq daha aydın sabahlara aparır. “Nə qədər ki Azərbaycan xalqı və dövləti vardır, Heydər Əliyevin parlaq xatirəsi də bir o qədər yaşayacaq”-deyə anım mərasimi ilə bağlı Baku Steel Company” MMC-nin mətbuat xidmətinin məlumatında bildirilib.










Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK