Modern.az

Beynəlxalq Mətbuat İnstitutunun rəsmisi Timoti Spens BAMF-da olub

Beynəlxalq Mətbuat İnstitutunun rəsmisi Timoti Spens BAMF-da olub

Təhsil

16 Dekabr 2013, 12:51


Modern.az xəbər verir ki, Beynəlxalq Mətbuat İnstitutunun Afrika və Yaxın Şərq regionu üzrə mətbuat azadlığı məsələləri ilə bağlı baş məsləhətçisi Timoti Spens (Timothy Spence) Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Rəhimoğlu ilə görüşüb. O, Umud Rəhimoğlu ilə Azərbaycan mətbuatının real vəziyyəti ilə bağlı müzakirələr aparıb

BAMF-ın ofisində baş tutan görüşdə Azərbaycanda mətbuat azadlığının vəziyyəti, diffamasiya haqqında qanunun qəbulu ilə bağlı müzakirələr aparılıb. Bu barədə U.Rəhimoğluna istinadən BAMF-ın informasiya departamentindən məlumat verilib. Olduqca məhsuldar keçən görüşdə U.Rəhimoğlu Azərbaycanda mətbuat azadlığının təmin olunması ilə əlaqədar ölkə prezidentinin həyata keçirdiyi proqramlardan söz açıb, bir sıra problemlərə baxmayaraq, Azərbaycanın bu sahədə MDB ölkələri arasında ön sıralarda durduğunu qeyd edib. Qonağa Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumat verilib. Münaqişənin həll olunmasında beynəlxalq ictimaiyyətin obyektiv mövqeyinin formalaşmasının vacibliyi və bu işdə jurnalistlərin üzərinə böyük yük düşdüyü qonaqla söhbətdə xüsusi olaraq vurğulanıb.

BAMF-ın yaranması, fəaliyyəti və həyata keçirilən layihələr haqqında ətraflı məlumat alan cənab Timoti Spens görüşdən məmnun qaldığını bildirib, BAMF-a gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı