“Erməni yazıçısının mənə kitab həsr etməsini mətbuatdan oxudum”. Bunu Modern.az-a açıqlamasında muğam ifaçısı Elnarə Abdullayeva deyib. Onun sözlərinə görə, bu, ermənilərin növbəti diqqətçəkmə üsuludur.
“Açığı, ermənilərin haqqımda nəsə yazması önəmli deyil. Bunu bir fransız, ingilis, rus yazıçısı yazsaydı, daha xoş olardı mənə. Ermənilər bu günə kimi Azərbaycanın maddi-mədəniyyət nümunələrini, musiqilərini, rəqslərini, mətbəxini oğurlaya-oğurlaya gəliblər. Görünür, oğurluq etməkdən yorulublar deyə, indi də sənətçilər haqqında nəsə xoş bir şey yazmağa başlayıblar. Ümumiyyətlə, ermənilər millət olaraq, mənim üçün maraqlı deyil”.
Qeyd edək ki, erməni yazıçı Lyubik Çibuxçyan muğam ifaçısı Elnarə Abdullayevaya “Elnarə” adlı 173 səhifəlik mənzum kitab həsr edib. Lyubik Çibuxçyan “BBC Azərbaycanca”ya deyib ki, Azərbaycan televiziyalarının birində müəğnninin ifasını görüb xoşlayıb və kitab yazıb. O, kitabı bir neçə dilə tərcümə etmək və ATƏT-in Mİnsk Qrupu üzrə həmsədrlərinə bağışlamaq istəyir.
Namidə BİNGÖL