Modern.az

DİM imtahan keçirəcək

DİM imtahan keçirəcək

Təhsil

17 Oktyabr 2024, 22:42

Oktyabrın 19-a Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

 

DİM-dən Modern.az-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasından bir saat əvvəl şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanır.

 

Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI