Nazirlər Kabineti 2014-cü il üçün Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib. Nazirlər Kabinetinin qərarında bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, 2014-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 28, 29 iyul Ramazan bayramı, 4, 5 oktyabr tarixləri isə Qurban bayramına təsadüf edir. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilməyəcək.