Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini, professor Bəxtiyar Əliyev təhsil sahəsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib. B.Əliyev Modern.az saytına açıqlamasında deyib ki, Azərbaycanda yeni nəsil universitetlər yaradılmalıdır, elmlə təhsilin vəhdəti təmin edilməlir və onların tədqiqatçı–innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən, rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən mexanizmlər hazırlanmalıdır:
“Ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi, idarəetmə, akademik, maliyyə və təşkilati müstəqillik verilməlidir. Eyni zamanda, mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv edilməli və dövlət sifarişi istisna olmaqla, tələbələrin qəbulu və yerləşdiriliməsi mexanizmlərinə yenidən baxılmalıdır. Müəllimin nüfuzunu artırmaq, sosial müdafiəsini təmin etmək üçün ona dövlət qulluqçusuna bərabər status müəyyənləşdirilməlidir”.
Modern.az