Bir neçə gün öncə məşhur sənətçi, millət vəkili Zeynəb Xanlarovanın səhhətində problemlərin yaranması ilə bağlı xəbərlər yayılmışdıı. Lakin bu gün "Gün.Az" saytının və "525"in parlamentin parlament müxbiri Kamil Həmzəoğlu (Həmidov) Zeynəb xanımla Milli Məclisdə, millət vəkilinin parlamentin köhnə korpusunun 8-ci mərtəbəsində yerləşən otağında görüşüblər.
Maraqlıdır ki, bütün millət vəkilləri Milli Məclisin təzə korpusundakı otaqlarda otursalar da, Zeynəb Xanlarova yerini-otağını dəyişməyib, yenə də əvvəllər olduğu kimi, parlamentin köhnə korpusundakı otağında əyləyir.
Görüşün təsadüf nəticəsində baş tutduğunu, bununla yanaşı, son illər aralarında gözəl və səmimi dostluq münasibətlərinin yarandığını vurğulayan K.Həmzəoğlunun Modern.az-a bildirdiyinə görə, Zeynəb xanım hər zaman olduğu kimi , bu dəfə də şux və gümrah idi :
"Onun səhhətində də heç bir problem-filan yox idi. Bu, görünür, kimlərinsə, bəzi nadanların və məkrli bədxahların uydurduğu söz-söhbətlərdir. Onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Yel qayadan nə aparar ki?! Zeynəb xanımla 10-15 dəqiqə çəkən görüşümüzdə onun yenə çox şux, sağlam, gümrah, şövqlü olduğunu gördüm və buna çox sevindim. Əsrarəngiz, təkrarolunmaz, bənzərsiz, füsunkar, ecazkar sənətkar, mükəmməl, möhtəşəm insan və bütöv şəxsiyyət-millətinin vəkili Zeynəb xanım! O, Allah-təalanın bizim millətə lütfüdür, Böyük Yaradanın bizlərə göndərdiyi və bəxş etdiyi ərmağanıdır... Uca Rəbbim onu bizlərə-Türk Dünyasına çox görməsin, ömrünə sağlıqlı ömür qatsın. Amin!".
Modern.az