“Milli Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı qərarlarımız var. O istiqamətdə işlərimizi davam etdiririk. İnanırıq ki, buna nail olacağıq”. Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib. O, Milli Şurada dövlətçilik əleyhinə olan qüvvələrin olduğu barədə deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bütün qurumlarda fikir ayrılığı olur: “Harada fikir ayrılığı yoxdur ki?! Hər yerdə fikir ayrılığı var. Bu da təbii qarşılanmalıdır. Orada belə qüvvələrin olmasına inanmıram. Amma kimsə deyirsə, yəqin ki, faktı var”.
M. Mirəlioğlu “Növbəti seçkilərdə Milli Şura ilə Demokratik Qüvvələrin Birliyi (DQB) arasında seçim etmək məcburiyyətində qalsanız, hansı qurumu seçəcəksiniz” sualına belə cavab verib: “Biz nə düşünürüksə, onu da edirik. Zamanı gələndə görəcəksiniz. Seçim qarşısında qalmayacağıq”.
İlkin PİRƏLİ