Modern.az

İlham Əliyev bp-nin baş icraçı direktoru Robert Dadlini qəbul edib

İlham Əliyev bp-nin baş icraçı direktoru Robert Dadlini qəbul edib

Təhsil

17 Dekabr 2013, 20:32

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

Görüşdə Azərbaycanla BP arasında uzunmüddətli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı