“Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, Şahdəniz konsorsiumunun özəl pay sahibləri və Cənub qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasıın uğurla başa çatması münasibətilə təbrik edir”.
Bunu ABŞ-ın Azərbaycandakı səfirliyi “Şahdəniz-2” layihəsilə bağlı imzalanan sazişə dair yaydığı bəyanatda bildirib. Səfirlikdən Modern.az saytına daxil olan bəyanatda daha sonra deyilir:
”Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq. Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək”.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib sazişlə bağlı deyib: “Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bu günkü tarixi sazişin imzalanmasının şahidi olmuşam”.
Modern.az