Anar Məmmədlinin həbsi siyasi sifarişdir, bu, azdan-çoxdan hüquqdan başı çıxanlar üçün tam aydındır. Çünki o maddələrlə insanı - hətta həqiqət olsa belə - heç bir yerdə həbs etmirlər. Onun həbsi, faktiki olaraq hökümətin 2015-ci il parlament seçkilərinə start verdiyindən (saxtalaşdırmaq üçün baza hazırlayır. Bu ssenari hər seçkiqabağı baş verir) xəbər verir”.
Modern.az-ın məlumatına görə, bunu ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsinə münasibət bildirikən deyib.
Rəsul Quliyevin fikrincə, 2013-cü il prezident seçkilərində xüsusi canfəşanlıq edənlərin bir neçəsi həbs olunacaq.
“Bu proseslər hökümət tərəfindən eyni ssenari üzrə artıq 20 ildir davam edir və müxalifətdə eyni ssenari üzrə 'mübarizə' aparır”.
Eks-spiker deyib ki, müdafiə komitələri yaratmaqla heç bir şeyə nail olmaq mümkün deyil.
“İndiyə qədər Azərbaycanda 100-lərlə müdafiə komitələri yaradılıb. Elə mənimlə əlaqədar azı 3 dəfə müdafiə komitəsi yaranıb. Bu komitələr maksimum 1 ay müəyyən bir aktivlik göstərməyə cəhd edir, bununla da praktiki fəaliyyətlərini yekunlaşdırırlar. Anarla əlaqədar mitinq təşkil etmək çətindirsə, heç olmazsa hər gün lap on nəfərlik piket təşkil etmək lazımdır. Ancaq davamlı, azı 100 gün. Bu piketlərdə 10 partiya və qurum iştirak etsə, hər birinə həmin 100 gündə cəmi 10 piket keçirmək lazımdır. Bax bunun effekti olar və olmalıdır” –deyə eks-spiker okeanın o tayından Bakıdakı müxalifətə məsləhət verib.
Modern.az