Modern.az

Cavanşir Feyziyev: “Qarabağla bağlı saytların durumu Mətbuat Şurasında müzakirə olunacaq”

Cavanşir Feyziyev: “Qarabağla bağlı saytların durumu Mətbuat Şurasında müzakirə olunacaq”

Təhsil

18 Dekabr 2013, 11:23

“Qarabağla bağlı dünyanın müxtəlif dillərində saytlar fəaliyyət göstərməlidir. Çünki ümumiyyətlə Qarabağ konflikti əsasında fikir yürütməli olsaq, deyə bilərik ki, ermənilər informasiya çatdırmaqda  daha operativdirlər”. Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Cavanşir Feyziyev deyib. Deputat onu da əlavə edib ki, informasiya texnologiyalarının inkişaf etdiyi bir vaxtda Qarabağla bağlı saytların uzunmüddətli və ya daimi fəaliyyətinə zəmin yaradılmalıdır. “Mətbuat Şurası ayrılıqda bu məsələni müzakirəyə çıxarmalıdır. Çox güman ki, bu məsələ İdarə Heyətinin iclasında müzakirə olacaq”.

Qeyd edək ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən saytlarda ciddi qüsurlar mövcuddur. Modern.az-ın bu yöndə araşdırma aparıb və sözügedən saytların ciddi qüsurlara malik olduğu üzə çıxıb.

 

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı