Modern.az

Rza Zərrabın “rüşvət çarxı”

Rza Zərrabın “rüşvət çarxı”

Təhsil

18 Dekabr 2013, 11:44


Təhlükəsizlik orqanındakı istintaq faylında üç ayrı xəbər var. İkisi adsız e-maildən ibarət olan bu xəbərlərdən biri isə rəsmi kanallardan gəlib.

  Fayldakı məlumatlara görə, aralarında Rza Zərrabın sürücüsünün də olduğu 14 adamın, 2011-ci il dekabrın 14-də Rusiyaya çamadanlarla pul daşıyarkən İstanbul Atatürk hava lımanında nəzarətə alınmasının ardından Rusiya tərəfi bir "qara pul" istintaqı başladıb. Qaçaqçılığın Türkiyə üzərindən edildiyini təyin edən Rusiya bu vəziyyəti diplomatik kanallardan Türkiyəyə çatdırıb. Araşdırmanın ardından "qara pul" ticarəti tapıntılarına rast gəlinincə, mövzu Qaçaqçılıq və Mütəşəkkil Cinayətlər Dairəsinə bildirilib. Oradan da İstanbul Cümhuriyyət Baş prokurorluğuna çatdırılıb. İddiaya görə, Rza Zərrabı və əlaqələrini təqibə alan polis azəri iş adamının bir çox hadisə ilə əlaqədar olaraq cəmiyyət vəzifəlilərinə rüşvət payladığını, qurulan "rüşvət çarxı" sayəsində üsulsuz bir şəkildə qızıl ixracatı ilə qida və müxtəlif məhsullar üzərindən "xəyali ixracat" etdiyini təsbit etdi. Zərraba istiqamətli iddialardan biri isə 1,5 ton qızılın gizli bir şəkildə xaricə çıxarılmasına bağlıdır. İddiaya görə Zərrab rüşvət verərək çox miqdarda qızılı gizli bir şəkildə xaricə çıxarıb. Faylda birdən çox xəyali ixracat və qaçaqçılıq işləri ilə əlaqədar olaraq "on milyonlarla" dolların rüşvət olaraq paylandığı iddiası da var. Zərrabın rüşvət verərək bəzi kəsləri gizli şəkildə türk vətəndaşlığına keçirdiyi ittihamı da var.    

 

İrandan gələn 87 milyard avro

 

Sui-istifadə əməliyyatında nəzarətə alınan İran mənşəli iş adamı Rza Zərrab İstanbulda qurdurduğu şirkətlər vasitəsilə 2009-2012-ci illərdə İrandan gətirilən 87 milyard avronun transferinə vasitəçilik etmək də günahlandırılır.

 

‘Marmaray iddiası'  

 

İstintaqın bir bölümündə Fateh bələdiyyəsinə istiqamətli iddialar yer alır. İddialara görə, Fateh bələdiyyəsi əhatəsindəki bəzi SİT sahələrində gizli şəkildə tikintiyə razılıq təmin edilib. İddialara görə, rüşvət verilərək abadlıq və inşaat icazəsi alınıb, ayrıca tarixi bir ərazi otelə çevrilərkən, yenə eyni şəkildə Marmaray yolu üzərində, "Uyğun deyil" şəklindəki hesabatlara baxmayaraq bir otelin inşaatına icazə verilib. Bu müddətdə daxili işlər naziri Müəmmar Gülərin oğlu Barış Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayanın da rol aldığı iddia edilir.

 

TOXU tenderləri

 

  İstintaqın üçüncü bölümü isə TOXU tenderləri və əraziləri ilə əlaqədar iddialardan ibarətdir. Bu iddialara görə bələdiyyələrin abadlığa açmadığı bəzi ərazilər, rüşvətlə Ətraf və Şəhərçilik Nazirliyi və TOXU üzərindən abadlığa açılıb. Bu müddətdə nazir Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktara da rüşvət verildiyi qarşıya qoyulub. Aralarında Əli Ağaoğlu və Emrullah Turanlının da olduğu bəzi iş adamlarının da TOXU tenderlərinə təsir edərək haqsız bir şəkildə tender aldıqları iddia edilir.

 

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı