Hər mövsüm dünyanın ən güclü oyunçusuna verilən və son 4 ildir “Barselona”-nın superstarı Lionel Messinin muzeyinə götürdüyü “Qızıl top” mükafatı üçün Argentinanın futbol əfsanəsi Dieqo Maradonadan hadisə yaradan açıqlama gəlib.
Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata gorə, prestijli makafata namizəd olan 3 nəfər arasında favoriti Kriştiano Ronaldo olan Maradona: “Lionel Messinin zədəsi uzun sürdü, Riberi isə Ronaldo səviyyəsinə çata bilmədi. Buna gorə favoritim Kriştiano Ronaldodur”, – deyə açıqlayıb.Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimetmə mərasimi gələn ilin yanvar ayının 13-də keçiriləcək.
Rafiq Qənbərov