Modern.az

Keçmiş prezident Ukrayna müxalifətinin qələbəsinə inanmır

Keçmiş prezident Ukrayna müxalifətinin qələbəsinə inanmır

Təhsil

18 Dekabr 2013, 12:34

Polşanın keçmiş prezidenti, “Solidarnost” (“Həmrəylik”) hərəkatının keçmiş lideri Lex Valensa Avropa meydanında aksiya keçirən Ukrayna müxalifətinin hakimiyyətin dəyişməsinə nail ola bilməyəcəyini bəyan edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, keçmiş prezidentin fikrincə, müxalifət arasında lider yoxdur: “Hakimiyyəti devirəcək vahid və böyük ictimai hərəkatı, partiya, yaxud  təşkilatı görmürəm”.

Valensa müxalif  “UDAR” Partiyasının lideri, prezidentliyə namizədlik iddiasında olan boksçu Vitali Kliçkonun siyasi perspektivinə şübhə ilə yanaşır: “Kliçkonun idarəçiliyə hazır olduğunu hiss etmirəm”.

Bu səbəbdən keçmiş prezident yaranmış situasiyada Ukrayna hakimiyyətin ilə müxalifəti dialoqa çağırıb.

Qeyd edək ki, Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarı olan qüvvələr noyabr ayının axırından Kiyevdə mitinqlər keçirir. Avropa meydanındakı aksiyalarda “UDAR” Partiyasının lideri Vitali Kliçko, “Batkivşina”nın liderlərindən biri Arsen Yatsenyuk və millətçi “Azadlıq” Partiyasının rəhbəri Oleq Tyaqnibok iştirak edirlər.

 

 

  Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı