Modern.az

DİN Sumqayıtdakı atışma ilə bağlı yeni məlumat yaydı

DİN Sumqayıtdakı atışma  ilə bağlı yeni məlumat yaydı

Təhsil

18 Dekabr 2013, 12:37
Daxili İşlər Nazirliyi dekabrın 11-də Sumqayıtda baş vermiş insidentlə bağlı növbəti dəfə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə  dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişə ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmış Alim Tağıyevin evindən  1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, qanunla qadağan olunmuş 46 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, 45 disk, dini sənədlər və 1 ədəd noutbuk, Firudin Musayevin evindən isə qanunla qadağan olunmuş 64 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 3 ədəd dini əl yazmalar olan qovluq, “Volkswagen Qolf” markalı avtomobilindən 1 ədəd “Milspes” markalı tapança, 1 qumbara, 1 süngü-bıçaq, 1 bıçaq və 1 ədəd dini kitabça götürülüb.

Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Baş vermiş hadisə ilə bağlı 13 nəfər həbs edilib. 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı