“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Türkiyəyə heç bir aidiyyəti yoxdur”. Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik separatçı qurumda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə münaqişənin çözümü ilə bağlı hər hansı bir addım atmaq istəyirsə, bu, yalnız müsbət hadisə kimi dəyərləndirilə bilər. “Regionda sülh, firavanlıq lazım olduğuna görə bu cür addımları dəstəkləyirik”, – deyə amerikalı həmsədr qeyd edib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altındakı rayonlarında yaradılmış separatçı qurumun rəhbərliyi ilə görüş keçirib.
Aqşin Kərimov