Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman proqnozlaşdırılır, gündüz şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında dekabrın 19-da havanın temperaturu gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 19-da hava əsasən yağmursuz keçəcək, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq. Dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.
Modern.az