Modern.az

Əlövsət Əliyev: “Ölkədə 30 min sənədsiz şəxs var”

Əlövsət Əliyev: “Ölkədə 30 min sənədsiz şəxs var”

Təhsil

18 Dekabr 2013, 13:53

Bu gün Beynəlxalq Miqrant Günüdür. 2007-ci ildən başlayaraq hər il qeyd olunan bu təqvim tarixi haqda Modern.az-a danışan “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev qeyd edib ki, miqrasiya sahəsində nöqsanların qaldığını iddia edir. “Dövlət Miqrasiya Xidmətinin yaranması, Miqrasiya Məcəlləsinin qəbul edilməsi və s. yeniliklərə baxmayaraq, ölkədə qanunsuz miqrantların sayı artır.

Ə. Əliyevin sözlərinə görə, ölkədə sənədsiz şəxslərin ümumi sayı 30 min nəfərə yaxındır. Bunun Mərkəzə müraciət edənlərdən 56%-i Azərbaycan vətəndaşlarıdır və onların 1800 nəfəri ölkəni tərk etmək istədiyini bildirib. “Bu, 1995-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir”.

Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycan ərazisində 20 ildən artıq məskunlaşan əcnəbi qaçqınlar hələ də vətəndaşlıq əldə edə bilməyiblər. “Qaçqınların bir qrupu Azərbaycan hökuməti, digər bir qrupu isə BMT Qaçqınlar üzrə Ali Komissarlığın himayəsindədir. Lakin qaçqın statusu almaq istəyən bir qrup şəxs var ki, himayədən tam məhrumdur”.

 

 

Gülşən Raufqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı