Modern.az

“Ərdoğan hökumətinin seçkilərdə reytinqi aşağı düşəcək”-ŞƏRH

“Ərdoğan hökumətinin seçkilərdə reytinqi aşağı düşəcək”-ŞƏRH

Təhsil

18 Dekabr 2013, 14:38

“Türkiyədə baş verənlər daxili siyasi konfliktin təzahürləridir. Əsas qarşıdurma Ərdoğan hökuməti ilə nurçuların lideri Fətulla Gülən arasında baş verir”. Bunu Modern.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O, qonşu dövlətdə yaşanan siyasi qalmaqalı şərh edərkən bildirib ki, baş nazir Ərdoğanın həm daxili, həm də xarici siyasətdə yol verdiyi yanlışlıqlar artıq özünü göstərməyə başlayıb.

Ə. Oruclunun sözlərinə görə, AKP hakimiyyətinin nöqsanları yol verdiyi səhvlər hazırda bir mərkəzə toplaşaraq problemlər yaradıb. Ekspert proseslərin 2014-cü ilin 30 martında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın reytinqinə mənfi təsir edəcəyini də proqnozlaşdırıb. “Qarşıdan gələn seçkilərdə AKP daha zəifləmiş mövqeyə malik olacaq. Bir neçə AKP üzvü olan nazirin ailə üzvlərinin həbsinin altından çıxmaq mümkün olmayacaq. Hər halda Ərdoğan və onun komandasının nüfuzu çox aşağı düşəcək”.

Qeyd edək ki, Türkiyədə ötən gün korrupsiya əməliyyatı keçirilən zaman ölkənin bir neçə tanınmış şəxsi həbs olunub. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Rza Zərrab,  Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvətlə bağlı ittihamlar olub. 

 

 

Aqşin Kərimov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı