Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti tədbiri baş tutub. Tədbirdə Azərbaycan milli komandasının baş məşqçi postuna aydınlıq gətirilib.
Modern.az-ın verdiyi məlumata görə, "Kəpəz" klubunun sabiq baş məşqçisi Mahmud Qurbanov və Azərbaycan (16 yaşlılar) millisinin baş məşqçisi Aslan Kərimov Foqtsun yeni köməkçiləri təyin olunublar.
Xatirladaq ki, tədbirdə Berti Foqts ilə 2 illik müqavilə imzalanması haqda qərar verilib. Nəticədə "Avro-2016"nın seçmə mərhələsinin oyunlarında da Berti Foqts yığmamızın sükanı arxasında olacaq.
Nəzərinizə çatdıraq ki, almaniyalı mütəxəssis 2008-ci ilin aprelindən Azərbaycan milli komandası postundadır.
Rafiq Qənbərov