Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bağçalarla bağlı yeni bir qanunsuzluq aşkarlayıb. Belə ki, bir neçə məktəbəqədər təhsil müəssisəsinin ərzaq təminatını həyata keçirən “Bərəkət-77” MMC-yə məxsus bazalarda standartn tələblərinin kobud şəkildə pozulması aşkar edilib. Modern.az-ın məlumatına görə, anbarlarda məhsulların saxlanması zamanı texniki normalara riayət olunmur, saxlanma rejimləri müxtəlif olan məhsullar eyni sahədə və eyni şəraitdə saxlanılır, o cümlədən məhsulların uyğunluq sertifikatları və digər normativ sənədləri mövcud deyil.
Bağçalara göndərilən pendirin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında aparılıb sınaqları nəticəsində məhsulda bağırsaq çöpləri prupundan olan bakteriyalar aşkar olunub. Bu və digər nöqsanlarla bağlı müvafiq akt tərtib olunub və 20 adda məhsulun satışı və istehsalı qadağan edilib.
Gültəkin Ələsgər