Modern.az

Eldəniz Quliyev: “Müsavat siyasətçilər arasında seçim edir”

Eldəniz Quliyev: “Müsavat siyasətçilər arasında seçim edir”

Təhsil

18 Dekabr 2013, 16:09


“Düşünürəm, insan ünsiyyətindən qiymətli bir şey yoxdur. Müsavat Partiyası siyasi qüvvələri dostlara və tanışlara bölmək istəyir”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O, Müsavat Partiyasının keçirdiyi görüşlərin mahiyyətini anlamadığını qeyd edib: “Mənə də maraqlıdır, nə deyirlər, nə istəyirlər. Sual meydana çıxır ki, Müsavat Partiyası bu görüşləri niyə Milli Şura çərçivəsində deyil, qurumdan kənarda keçirir? Görək, necə olacaq. Müzakirələrdən sonra ətraflı fikir bildirəcəyik”.

Qeyd edək ki, dekabrın 19-da Müsavat Partiyası ilə “El” Hərəkatı ikitərəfli görüş keçirəcək. Görüş Ziyalılar Birliyinin ofisində baş tutacaq.

 

  İlkin PİRƏLİ  
Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı