Modern.az

Dövlət Gömrük Komitəsi öz işçisinin Türkiyədə saxlanılması ilə bağlı məlumat yaydı

Dövlət Gömrük Komitəsi öz işçisinin Türkiyədə saxlanılması ilə bağlı məlumat yaydı

Təhsil

18 Dekabr 2013, 18:04


Dövlət Gömrük Komitəsi (DGK) Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, M. Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib: “2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb. O, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib”.

 

Məlumatda bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tezliklə həlli istiqamətində lazımi tədbirlər görülür.

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı