Modern.az

Bakı metrosunda həyəcan

Bakı metrosunda həyəcan

Təhsil

19 Dekabr 2013, 10:41

Modern.az xəbər verir ki, bu gün səhər saat 08:00 radələrində Bakı Metropolitenində «28 May»-«Dərnəgül» stansiyaları arasında qatarların hərəkətində problemlər yaranıb və bunun nəticəsində ləngimələr baş verib. Yaranmış gecikmə insan sıxlığına səbəb olub.

Bakı Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, hazırda yaranmış problemin səbəblərinin araşdırılması üçün xəttə mühəndislər göndərilib.

“Hələki dəqiq səbəblər məlum deyil, yaranmış texniki problemlə bağlı vəziyyəti araşdırmaq üçün mühəndislər göndərilib. Gecikmənin səbəblərini araşdırıb bu haqda məlumat verəcəyik”- deyə metropolitenin mətbuat xidmətindən bildirilib.

Bakı Metropolitenindən Trend-ə verilən məlumata görə, Surətin Avtomatik Tənzimləmə Sisteminin proqram təminatında yaranan problemlər qatarların hərəkətində ciddi fasilələr yaradıb.

 

 

 

Ulduz İbrahimova

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı