Yerevan üçün “yol xəritəsi” təqdim olunacaq
Moskvada dekabrın 24-də Rusiya Belorus və Qazaxstanın prezidentlərinin iştirakı ilə Avrasiya İqtisadi ittifaqının Ali İqtisadi Şurasının iclası keçiriləcək. Modern.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Gömrük İttifaqı və Vahid İqtisadi Məkana üzv ölkələrin inteqrasiyası üçün əsas istiqamətləri müzakirəyə çıxaracaq.
İclasda eyni zamanda 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək Avrasiya İqtisadi İttifaqı ilə bağlı son proseslər haqqında fikir mübadiləsi aparılacaq.
Prezidentlər Qırğızıstan və Ermənistanın Avrasiya Birliyinə qoşulması üçün “yol xəritəsi”nin hazırlanması ilə bağlı müzakirələri də planlaşdırlıb.
İclasın yekununda vahid gömrük sistemi ilə bağlı birgə sənədlərin imzalanması nəzərdə tutulub.
Sammitdə Ermənistan prezidenti Serj Sərkisyanın da iştirakı gözlənilir
Xatırladaq ki, sonuncu Minsk konfransında Rusiya prezidenti V. Putin bəyan edib ki, “Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın yaradılması üçün lazım olan hüquqi baza artıq başa çatmaq üzrədir”. “Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş isə razılaşmanın final mərhələsindədir”-deyə Putin bildirmişdi.
Minskdə keçirilən iclasda Rusiya, Belorus və Qazaxıstan prezidentləri Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın yaradılmasına mane olan məhdudiyyətləri ləğv etmək barədə razılıq əldə ediblər. N. Nazarbayev bildirib ki, Belarus, Rusiya və Qazaxıstan 2014-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının yaradıması barədə müqavilə imzalayacaq.
X.SƏFƏROĞLU