Modern.az

Sərkisyanın atası Minsk Qrupunun iştirakı ilə Xankəndində dəfn OLUNDU

Sərkisyanın atası Minsk Qrupunun iştirakı ilə Xankəndində dəfn OLUNDU

Təhsil

19 Dekabr 2013, 12:13

Ermənistan prezidenti Serj Sərkisyanın vəfat etmiş  atası Azat Sərkisyan bu gün Xankəndinə dəfn olunub. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İrəvanın  “Jovoxurd” qəzeti məlumat yayıb. Məlumata görə dəfn mərasimində iştirak etmək üçün Çiçəklənən Ermənistan partiyasının sədri Qaqik Sarukyan, parlament sədri Ovik Abramyan, hökumət üzvləri,  Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, Minsk Qrupunun həmsədrləri (İqor Popov, Jak For, Ceyms Uorlik)  və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik  Xankəndində keçirilən anım mərasimində olublar. O da qeyd olunur ki, çoxlu sayda xarici qonaqlar da anım cənazə törənində iştirak ediblər.

 

Qeyd edək ki, erməni prezidentin atası Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində yaşayırdı.  

 

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı