Modern.az

Rüstəm İbrahimbəyovun yeni mövqeyinə Müsavatdan sərt rəy: “Bu qeyri-ciddilikdir”

Rüstəm İbrahimbəyovun yeni mövqeyinə Müsavatdan sərt rəy: “Bu qeyri-ciddilikdir”

Təhsil

19 Dekabr 2013, 12:17

“Əvvəldən deyirdilər ki, Rüstəm İbrahimbəyov hansısa siyasi təşkilatların təzyiqi ilə Milli Şuraya sədrlik etməkdən imtina etdi. Amma Müsavat Partiyası ona necə təzyiq edə bilərdi?! Yaxud elə indi fəxri sədrlik məsələsində necə təzyiq oluna bilər?!” Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı R. İbrahimbəyovun Milli Şura ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.  “Rüstəm İbrahimbəyov deyir ki, Milli Şurada fəxri sədrlik məsələsində narazılıq olarsa, istefa verər. O, Müsavat Partiyasının bu məsələdə mövqeyini bildirdi, niyə razılıq verdi? Gündəlik hissi və həyəcanlarla siyasət aparmaq olmaz. Onun dediklərini ciddi qəbul etmirəm”.

T. Abbaslı qeyd edib ki, Milli Şuradakı bəzi siyasi partiyalar R. İbrahimbəyovun sədr və ya həmsədr qalmasına çalışırdılar: “Rüstəm İbrahimbəyov həmin təkliflərdən necə imtina edibsə, fəxri sədrlikdən də o cür imtina edə bilərdi. Sədrliyin heç bir siyasi statusu yoxdur, yəni ondan imtina etmək daha rahat olardı. Bütün bunlarla yanaşı demək olmaz ki, Milli Şurada gərginlikdir. Sadəcə, siyasi hədəflərə çatmaqda baxış ayrılıqları var. Bunu da normal qarşılamaq lazımdır. Demokratik qurumlarda belə şeylər olur”.  

Qeyd edək ki, Milli Şuranın fəxri Rüstəm İbrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib ki, Milli Şurada narazılıq yaranarsa, fəxri sədrlik postundan getməyə hazırdır: “Milli Şuranın üzvləri özləri təklif ediblər, məni fəxri sədr seçiblər. Amma görsəm ki, bununla bağlı ayrı-seçkilik, dedi-qodular başlayıb, ondan da imtina edəcəyəm. Çünki mən bu vəzifədə qalmağı özümə borc sayıram. Lakin ayrı-ayrı partiyaların buna münasibəti mənfi olsa, onda bu məsələni də müzakirəyə çıxaracağam. Yəni mənə Milli Şuranın birliyinin qorunması lazımdır. Çünki Milli Şura tarixi bir hadisədir və çox vacibdir ki, bizim əsas partiyalar, görkəmli ictimai xadimlər bu qurumda iştirak etsinlər. Ancaq görsəm ki, mənim fəxri sədr olmağım çətinlik yaradır, onda mən ərizə yazıb bu vəzifədən gedərəm. Təki mənim orda sədrliyim birliyin qorunmasına mane olmasın”.

 

 

  İlkin PİRƏLİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı