Modern.az

“Economist” jurnalı: “Ərdoğanın dincliyi pozuldu”

“Economist” jurnalı: “Ərdoğanın dincliyi pozuldu”

19 Dekabr 2013, 16:18


İngiltərədə nəşr olunan “Economist” jurnalı, Türkiyəni sarsıdan rüşvət əməliyyatında önəmli adamların nəzarətə alınmasının baş nazir Rəcəb Tayyib Ərdoğanın dincliyini pozduğunu yazıb.

Modern.az  Türkiyə KİV-nə istinadən bildirir ki, jurnalın son sayında “Türkiyədəki nəzarətlər, Ərdoğan və Gülən, Hissə 2” başlığı ilə yazı dərc edilib. Jurnal yazır ki,  dekabrın 17-də səhər İstanbul və Ankaradakı əməliyyatda, aralarında kabinetdəki üç nazirin oğlu, bir inşaat şirkətinin rəhbəri, bir bank müdiri və hakim partiya üzvü olan bir bələdiyyə başçısının da olduğu 49 adamın nəzarətə alınıb, bu xəbər siyasi arenadakı kimi maliyyə bazarlarına da şok effekt yaradıb. Bu əməliyyatın Tayyib Ərdoğan ilə Türkiyənin ən təsirli dini adamı sayılan Fəthullah Gülən arasındakı iqtidar mübarizəsindəki bir gərginlik olaraq diqqət çəkilən yazıda, nəzarətlərdən sonra baş nazirin "Təhdidlərə boyun əyməyəcəyik, İstədikləri qədər çirkli ittifaqların içinə girsinlər, buna icazə verməyəcəyik. Türkiyə, banan respublikası deyil", -  şərhləri də öz əksini tapıb. Yazıda baş nazir Ərdoğanın Fəthullah Gülənin tərəfdarlarının nazirlərin, qanunun və polisin içinə sızaraq “Paralel bir dövlət” qurmaqla günahlandırıldığı da qeyd edilir:

“İşin komik tərəfi odur ki, Ədalət və İnkişaf Partiyası 2002-ci ildə iqtidara gələndə ordunun siyasi təsirini azaltmaq mövzusunda Ərdoğanın ən yaxın müttəfiqi Gülən tərəfdarları idi. Son anketlər, Ərdoğanın hələ səslərin yüzdə 50-sinə hakim olduğunu göstərir ki, o da önümüzdəki mart ayında keçiriləcək bələdiyyə seçkilərində düşmənlərinə qarşı gücünü göstərəcəklərini söyləyir. Ancaq Ərdoğan getdikcə daha çox narahat olmalıdır”.

 

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı