Modern.az

Hafiz Hacıyev coşdu: “Əflan İbrahimov avara və fırıldaqçıdır”

Hafiz Hacıyev coşdu: “Əflan İbrahimov avara və  fırıldaqçıdır”

29 Dekabr 2013, 12:17


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev El Hərəkatı Partiyasının sədri Əflan İbrahimovun onun haqqında söylədiyinə sərt münasibət açıqlayıb. O, Modern.az-a açıqlamasında Ə.İbrahimovu “fırıldaqçı” adlandırıb:

“O kimdir ki, mənim haqqımda elə deyir!? Avaranın biridir. Onun mənimlə şəkilləri var, qarşımda qul kimi əyilib. Verərəm, sayta yerləşdirərsiz. İstəmirdim, belə edəm. Amma edəcəm. İlham Əliyevin onun kimi adamlara ehtiyacı yoxdur, Əliyevi dünya müdafiə edir. Ayaz Mütəllibovun vaxtında özünü qoruyub, saxlaya bilmədin, nədən danışırsan sən? Əvvəlcə bizim partiyaya gəlmişdi. “Moşşenik”in biridir. Onunla bağlı əlimdə çox ciddi faktlar var”.

Qeyd edək ki, El Hərəkatı Partiyasının sədri Əflan İbrahimov deyib ki, Hafiz Hacıyev mədəniyyətdən kənar bir adamdır: “O deyir ki, Əkrəm Əylislinin qulağını kəsdirər, kimisə döydürər. O, pula görə hər cür dona girə bilər. Mənim isə hər cür imkanım- maşınım evim, bağım var. Mən bəy nəslindən olan adamam. Biz heç vaxt Hafiz Hacıyevlə birlikdə ola bilmərik. Yəqin ki, onun hansı tərəfdən maliyyələşdiyini bilirsiniz. Maraqlana bilərsiniz, heç nəyə ehtiyacım yoxdur. Yəni Hafiz Hacıyev kimi əyilən adam deyiləm. Özünüz də bilirsiniz ki, dövlətdən maliyyələşən xeyli partiya var. Amma mən kişiyəm, tanıyan adamlar bilir ki, nəyə qadirəm. Xahiş edirəm ki, məni onunla müqayisə etməyin”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!