Modern.az xəbər verir ki, Mingəçevirdən Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadə bir neçə gün öncə bu şəhərin mərkəzi xəstəxanasında doğuş zamanı komaya düşən, eyni zmanda körpəsini itirən ananın vəziyyətilə yenidən maraqlanıb.
A.Mirzəzadənin sözlərinə görə, yanvarın 4-5-də Mingəçevirdə olub.
”Mingəçevir Doğum evində oldum, Esmira Ocaqverdiyevanın səhhəti və müalicəsi ilə maraqlandım. Baş həkim, reanematolq, anestezoloqla görüşdüm. Görüşdə Bakıdan xüsusi olaraq xəstə üçün gəlmiş reanematoloqu və şəhər xəstəxanasının baş həkiminin müavini də iştirak edirdi.
Xəstəyə baş çəkdik, onun vəziyyəti ilə yerində tanış olduq”-deyə A.Mirzəzadə bildirib. Onun sözlərinə görə, Doğum evinin baş həkimi ilk iki günü xəstənin palatasında olub, hətta gecə də orada qalıb.
”Xəstənin vəziyyəti stabilləşib, daxili orqanları işləyir, adını çağıranda gözünü açır, qanında oksigenin səviyyəsi normaya yaxınlaşır. Doğuş zamanı o həyatını itirməyə çox yaxın olub.
Bakıdan gələn reanematoloq yerli həkimlərlə birgə görülən işlərdən danışdı, xəstənin vəziyyətinin günü-gündən yaxşlaşdığını bildirdi.
Həkim otağında söhbətdə xəstənin tez ayılması və sağalması üçün görüləcək işlərdən, Mingəçevir xəstəxanasında aparılan təmirdən sonra səhiyyənin şəraitinin yaxşlaşacağından danışıldı.
Xəstənin qohumları ilə görüşdüm, onlara situasiya barədə danışdım, onları dinlədim, qaldırdıqları bir-iki problemin həlli ilə məşğul olacağımı bildirdim”.