Modern.az

Bakı məktəblərindən 35 şagird QALİB OLDU

Bakı məktəblərindən 35 şagird QALİB OLDU

19 Dekabr 2024, 12:07

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında IX respublika fənn müsabiqələri keçirilib.

İdarədən Modern.az-a bildirilib ki, Təhsil İnstitutu tərəfindən riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə keçirilən müsabiqələrin final mərhələsinin nəticələrinə əsasən, 35 nəfər qalib olub.

Onlardan 10 nəfəri qızıl, 8 nəfəri gümüş, 17 nəfəri isə bürünc medala layiq görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI