Modern.az

Yunanıstanda Əhməd Davudoğlu üçün sui-qəsd planı

Yunanıstanda Əhməd Davudoğlu üçün sui-qəsd planı

8 Yanvar 2014, 13:37


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabr ayında Yunanıstanın paytaxtı Afinaya etdiyi səfəri zamanı DHKP-Cin-in ona qarşı sui-qəsd təşkil edə biləcəyi haqda kəşfiyyat məlumatı əsasında yunan rəhbərliyinin hərəkətə keçdiyi ortaya çıxıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Yunanıstanda nəşr olunan “Parapolitika” qəzetinin 3 yanvar sayında yazıldığına görə, Davudoğlu gəlmədən 4 gün əvvəl başlayan təhlükəsizlik əməliyyatı, nazir ölkədən ayrılana qədər davam edib.

Yunanıstanın baş naziri Antonis Samarasın Türkiyədən gələn heyət dekabrın 13-də Afinadan ayrılana qədər fövqəladə hal elan etdiyi, bütün görüşlərini ləğv edərək addım-addım Davudoğlunun şəhərdəki hərəkətini izlədiyi də bildirilir.

“Parapolitika” iddiasına görə,  əməliyyat dekabrın 8-də Yunanıstanın baş nazirliyinə gələn bir mesajla kəşfiyyata başlanıb. 2013-cü ilin avqustunda Saqqız Adası sahillərində tutulanlardan birinin verdiyi məlumata görə, DHKP-C Davudoğluna sui-qəsd hazırlayırmış. Beləliklə, “Quru vəzifə” üçün seçilən üç xüsusi səlahiyyətli agent Afinada şübhəlilərin arxasına düşüb.

Üç gün davam edən izləmədən sonra Türkiyə heyətini daşıyan təyyarə Afinaya enməzdən təxminən 42 saat əvvəl 26 yaşındakı Türkiyə vətəndaşı A. B. tutulub.

A.B.dan çıxan SIM kartlarındakı telefon görüşmələri araşdırılıb. Sui-qəsd planlaşdırdığı şübhə edilən 2 adam 24 saat içində nəzarətə alınıb. Ancaq onlar həbs olunmayıblar, Türkiyə heyəti gedənə qədər qaldıqları kiçik mənzildə saxlanılıblar.

Daha sonra isə adı açıqlanmayan bir ölkəyə göndəriliblər. Məlumatda qeyd edilir ki, Afinada sıx təhlükəsizlik tədbirləri alınarkən Türkiyə heyətinin bütün bu olan bitənlərdən xəbəri olmayıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu