Modern.az

“Rüstəm İbrahimbəyov yenidən fəxri sədr ola bilər”

“Rüstəm İbrahimbəyov yenidən fəxri sədr ola bilər”

8 Yanvar 2014, 14:21

“Görüşdə Məşvərət Şurasının nümayəndələri iştirak edirdilər. Fikir mübadiləsi aparıldı. Yaxın zamanlarda sessiya çağırmaqla bağlı qərar verildi. Sessiyada Milli Şuranın gələcək fəaliyyəti müzakirə olunacaq. Müsavatın Milli Şuranı tərk etməsi, partiyanın qərarıdır və bu, müzakirə mövzusu deyil”. Bunu Modern.az-a “Turan” İnformasiya Agentliyinin rəhbəri, Milli Şuranın üzvü Mehman Əliyev Cəmil Həsənlinin Milli Şura üzvləri ilə görüşündən danışarkən deyib. Onun sözlərinə görə, hazırda əsas diqqət Milli Şuranın gələcək fəaliyyəti üzərində cəmləşib: “Bəzi şəxslər Milli Şuranı tərk edib. Təxminən 40-50 nəfər. Siyahıya yenidən baxılmalıdır, daha sonra Milli Şuranın fəaliyyətini davam etdirməlidir. Çalışırıq ki, qurumda vətəndaş cəmiyyətinin nümayəndələri üstünlük təşkil etsinlər. Hesab edirəm, belə də olacaq. İstefa verənlərin qayıtması ilə bağlı təkliflər olunmayacaq. Buna ehtiyac da yoxdur. Bizə işlək qurum lazımdır”.

M.Əliyev Rüstəm İbrahimbəyovun yenidən fəxri sədr olması məsələsinə də münasibət bildirib: “Ola bilər, Rüstəm İbrahimbəyov fəxri sədr olsun. Söhbət kiminsə fəxri sədrliyindən getmir, burada işləmək lazımdır. Milli Şura işlək quruma çevriləcəksə, mən, Mehman Əliyev orada olacağam. İşlərim həddindən artıq çoxdur. Mümkün qədər Milli Şuraya dəstək verməyə çalışıram. Əhəmiyyətli olan odur ki, işləyirik, ya işləmirik?”.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu