Rusiya İslam Komitəsinin rəhbəri, politoloq Heydər Camal Fəthullah Gülən məktəbləri ilə bağlı xəbərdarlıq edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Heydər Camal nurçu məktəblərin Orta Asiyada fəaliyyətini genişləndirməsindən narahatlığını dilə gətirib. Onun sözlərinə görə, bu məktəblərdə yetişən şagird və tələbələr ABŞ-a agentlik edirlər. O, dediklərini Fəthullah Gülənin ABŞ maraqlarına xidmət etməsi ilə əlaqələndirib. Bununla yanaşı, komitə sədri bölgənin müsəlman əhalisini Gülən təbliğatına qarşı çıxmağa çağırıb.
Aqşin Kərimov