“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov istefa verib. O, istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.
Klubun rəsmi saytının verdiyi məlumata görə, Nazim Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb.
Nazim Süleymanov bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb.
Əvvəllər "Neftçi"ni çalışdırmış Böyükağa Hacıyev yenidən baş məşqçi postuna gətirilib.
Modern.az