Modern.az

“İmran Cəfərzadəyə hələ protez qoyulmayıb” - Almaniyadakı səfirliyimiz

“İmran Cəfərzadəyə hələ protez qoyulmayıb” - Almaniyadakı səfirliyimiz

8 Yanvar 2014, 16:30


“İmran Cəfərzadənin vəziyyəti normaldır. Müalicəsi davam edir. Hələ protez qoyulmayıb”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov bildirib.

Xatırladaq ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.  O, 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu