2022-ci ildə dünya üzrə Qatarda təşkil olunacaq futbol çempionatı adət olduğu kimi yayda deyil, qışda keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası Assosasiyasının (FİFA) baş katibi Jerom Valke deyib. O, qeyd edib ki, turnir 15 noyabr-15 yanvar aralığında planlaşdırılır. “Qatarda yay çox isti keçdiyi üçün turnir yaz və ya yaya planlaşdılır. Qatarda futbol oyunları üçün hava şəraiti 15 noyabrdan dekabrın sonlarına qədər münasib olur”, – deyə FİFA-nın baş katibi qeyd edib.
Xatırladaq ki, bununla əlaqədar son qərar 2014-cü ilin dekabrından əvvəl verilməyəcək.
Modern.az