Modern.az

Türkiyə səfirliyi Azərbaycan mediasının “Fətullah Gülən-Ərdoğan qalmaqalı”na münasibətini ŞƏRH ETDİ

Türkiyə səfirliyi Azərbaycan mediasının “Fətullah Gülən-Ərdoğan qalmaqalı”na münasibətini ŞƏRH ETDİ

10 Yanvar 2014, 11:04

“Medianın ən önəmli vəzifələrindən biri də dünyada baş verən prosesləri yaxından izləmək və ictimaiyyətə çatdırmaqdır. Biz Türkiyədə gedən proseslərlə bağlı Azərbaycan mətbuatında yazılanları yaxından izləyirik”.

Bunu Modern.az saytına Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz deyib. O, Türkiyədə yaşanan olaylara Azərbaycan mediasının baxışını şərh edərkən bildirib ki, hadisələrlə bağlı fərqli yanaşmalar müşahidə olunur. Müşavirin sözlərinə görə, bu tendensiya təkcə Azərbaycan deyil, dünya mətbuatı üçün də xarakterikdir.

“Bəzən insanlar sevdiklərinin hər yalanında bir doğru axtardığı kimi, sevmədiklərinin də hər doğrusunda bir yalan axtarır”.

H.Karadəniz Türkiyədəki rüşvət və korrupsiya əməliyyatlarında Azərbaycanın adının hallanmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir etməyəcəyini vurğulayıb:

“Əsas məsələ Türkiyə və Azərbaycan qardaşlığına mənfi təsir edən şərhlərə yol verilməməsldir. Ancaq nə olur-olsun, belə baxışlar Azərbaycan-Türkiyə dostluğuna mənfi təsir edə bilməz. Bu, müvəqqəti bir prosesdir”.

Səfirlik təmsilçisi onu da söyləyib ki, güclənən Türkiyə haqsız ittihamlara məruz qalır. Onun fikrincə, bu, tarixdə yaşanan hadisələrin bənzəridir: “Ona görə də deyirəm ki, fövqəladə bir vəziyyət yoxdur. Hər şey normal axarı ilə davam edir”.

Qeyd edək ki, Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatları, “Fətullah Gülən-Ərdoğan qalmaqalı” Azərbaycanda da böyük əks-sədaya səbəb olub. Azərbaycan mətbuatı Türkiyədəki qalmaqallarla bağlı müxtəlif mövqe sərgiləməklə bir çox məsələni şərh edib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!