Modern.az

Bir neçə rayona təbii qazın verilişində məhdudiyyətlər olacaq

Bir neçə rayona təbii qazın verilişində məhdudiyyətlər olacaq

10 Yanvar 2014, 11:27

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək Ağdaş rayonunun bir hissəsinə, saat 10:00-dan 13:00-dək Xətai rayonunun bir hissəsinə, saat 10:00-dan 15:00-dək Qazax rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək İsmayıllı, Şamaxı və Yevlax rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Binəqədi, Nəsimi, Yasamal və Xızı rayonlarının bir hissəsinə, saat 11:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 11:00-dan 18:00-dək Hacıqabul rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək isə Mingəçevir şəhərinin bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq. 

  Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!