Modern.az

Yazıçılar “Axundov”a niyə kitab göndərmir? - SORĞU

Yazıçılar “Axundov”a niyə kitab göndərmir? - SORĞU

10 Yanvar 2014, 12:02


Deputat Nizami Cəfərov kitab nəşri üzrə mühüm bir məsələni gündəmə gətirib: Milli Kitabxanaya məcburi nüsxələrin verilməsi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, bir çox özəl nəşriyyatlar bu işə laqeyd yanaşırlar. Bəs yazarların özləri nəşr etdikləri əsərlərdən Milli Kitabxanaya pay verirlərmi?

Modern.az bu mövzuda sorğu aparıb.

Azad Qaradərəli (yazıçı): “Mən buna mümkün qədər əməl etməyə çalışıram. Lakin son kitabımdan hələ ki, göndərə bilməmişəm. Vaxt tapan kimi aparıb 5 nüsxə verəcəyəm. Elə bilirəm ki, yazıçılarımız buna əməl etməlidirlər. Çünki ora bizim məbədgahımızdır. Orada kitabımızın olması elə özü şərəfli işdir”.

Vüqar Əhməd (şair): “İndiyə qədər 30 kitabım çıxıb, bütün kitablardan hərəsindən 3-5 nüsxə "Axundov"a hədiyyə etmişəm. Sonuncu kitablarımın elektron variantı da ora verilib”.

Yunus Oğuz (yazıçı): “Kitabı biz yox, nəşriyyat Milli Kitabxanaya göndərməlidir. Görünür bu sahədə sovet sisteminə qayıtmaq lazım olacaq”.

Sayman Aruz (şair): “İndiyə qədər çap olunan bütün kitablarımdan – “Bahar gəlmədi”,  “Paltarlarım adamsızdır”, “Yüz il inqilab”,  “Sükut kimi sakit”, “Barışıq xitabələri” hərəsindən 5 nüsxə vermişəm”.

Şərif Ağayar (yazıçı): “Bəli mən öz kitablarımın hamısını Milli Kitabxanaya hədiyyə etmişəm. Sonuncudan başqa”.

Gənc yazarlarda isə bu ənənə bir o qədər də inkişaf etməyib. Sevinc El SevərSeyid Ramin çap olunan kitablarını Milli Kitabxanaya vermədiklərini bildirdilər. Günel Eyvazlı isə bu xatırlatmadan sonra özü gedib oraya kitab bağışlayacağını vurğuladı.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!