Bu gün səhər saatlarında Moskvanın Şeremyetovo hava limanına uçmalı olan təyyarədə yanğın baş verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Omsk aeroportundan havaya qalxacaq aerobus salonunda 134 sərnişin olub. Sərnişinlər və baqaj dərhal təyyarədən təxliyə edilib.