Modern.az

“Müxalifətin daxilinə gec partlayan minalar yerləşdirilib”

“Müxalifətin daxilinə gec partlayan minalar yerləşdirilib”

10 Yanvar 2014, 12:14


“Milli Şurada normal proseslər gedir. Seçki bitib, sular da durulub. Hazırda kimlərisə tənqid etməyin vaxtı deyil. Fəaliyyət göstərmək lazımdır”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal deyib. O bildirib ki, Milli Şuradan istefa verənlərin qarşısını kimsə kəsə bilməz:

“Kim gedəcəksə, gedəcək. Onları kim saxlaya bilər ki?! 20 ildə müxalifətin xeyli birliyi olub. Əvvəlcədən demişdik ki, hakimiyyət müxalifət daxilinə gec partlayan minalar yerləşdirib. Hakimiyyət də uşaq deyil ki. Minaları bir-bir partladacaqlar. Düşünürəm, bu durulma prosesidir. Təmiz qüvvələrlə prosesi irəliyə aparmaq lazımdır. Hazırda Milli Şurada seçkili idarəetmə orqanları yaradılmalıdır. Bununla da quruma yeni qüvvələr cəlb etməkdə davam etmək lazımdır”.

V. Mirkamal Milli Şuranın sessiyasının vaxtının dəqiqləşmədiyini bildirib: “Sessiya bu həftə olmalı idi. Amma daha sonra qərara alınıb ki, gələn həftə keçirilsin”.

 

İlkin PİRƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!