Modern.az

DSMF sədri Elman Mehdiyev beş rayonun pensiyaçılarını qəbul edəcək

DSMF sədri Elman Mehdiyev beş rayonun pensiyaçılarını qəbul edəcək

10 Yanvar 2014, 12:22


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2014-cü il tarixdə, saat 11:00-da Fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.

  Fonddan verilən məlumata görə, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt  ünvanı, habelə  aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun  Aparatında  (012) 434-12-34,  Quba rayon şöbəsində  (023) 335 - 26 - 15,  Qusar rayon şöbəsində (023) 385-40-94, Şabran rayon şöbəsində  (023) 353 -39- 48, Siyəzən rayon şöbəsində (023) 304 - 09- 04, Xaçmaz rayon şöbəsində (023) 325-05-25. 

Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!