Təhsil Nazirliyinin sabiq işçisi Orxan Kərimovun işinə Ali Məhkəmədə baxılacaq. Bu barədə Orxan Kərimovun özü Modern.az-a bildirib. O, qeyd edib ki, Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb. “Odur ki, daha yuxarı instansiyalara müraciət edəcək, yaxın gülərdə Ali Məhkəməyə müraciət ünvanlayacağam”.
Orxan Kərimov bəraət və işinə bərpa olunmaq istəyir.
Xatırladaq ki, mərhum şair Əli Kərimin oğlu Orxan Kərimov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin keçmiş müdiri Şahrza Əliyevin müavini olub. O, bir müddət həbsdə qaldıqdan sonra ötən il iyunun 21-də azad olunub. O.Kərimov Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
Gültəkin ƏLƏSGƏR