Modern.az

Arif Quliyev ağır durumundan danışdı: “Mənə kömək edin!”

Arif Quliyev ağır durumundan danışdı: “Mənə kömək edin!”

10 Yanvar 2014, 13:04

Xalq artistinin səhhətində problemlər yaranıb


Çoxdandır efirlərdə görünməyən tanınmış aktyor, xalq artisti Arif Quliyevin yoxluğunun səbəbi bilindi.
“Xəstəyəm, işləmirəm, hazırda müalicə olunuram”. Bunu Modern.az saytına açıqlamasında xalq artisti Arif Quliyev deyib. “Şükür Allaha, özümü yaxşı hiss edirəm. Sadəcə, səhhətimdə bir az problemlər var. Beyindaxili sinirlərin tutulması problemidir. İranda bununla bağlı yüngül əməliyyat da keçirmişəm. Bir də yerişimdə problem var. Sağ ayağım bir balaca axsayır. Bu, onurğa ilə əlaqədardır. Yavaş-yavaş bu xəstəlik də inkişaf edir. Ona görə il yarımdır işləmirəm”.

Aktyor maddi vəziyyətindən də danışdı: “Maddi vəziyyətim belə də, budur da.  Sağ olsunlar, kömək eliyən də olur, eləməyən də. Mən inciyən deyiləm, indiki kim eşidir, bilir. Heç kəs borclu deyil ki. Əsasən, tanışlar kömək edir. Maddi vəziyyətim çətinliklə müalicə almağa imkan verir. Ümid Allahadır”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!