Modern.az

Azərbaycanda 4 bal gücündə zəlzələ olub

Azərbaycanda 4 bal gücündə zəlzələ olub

10 Yanvar 2014, 13:18

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 yanvar 2014-cü il tarixində saat 04:45-də Siyəzəndən 84 km Şimali-Şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. FHN-nin məlumatına görə, episentrdə zəlzələ 4 bal olub. Zəlzələ Xudat şəhəri, Xaçmaz, Şabran rayonlarında 3 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.

Modern.az 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!