Modern.az

8 yaşlı Murada bu axşama qədər kömək istənilir - TƏCİLİ

8 yaşlı Murada bu axşama qədər kömək istənilir - TƏCİLİ

10 Yanvar 2014, 13:33

Hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan gənc bir azərbaycanlı ailənin təcili köməyə ehtiyacı var. Belə ki, ailənin tək övladı 06.11.2008-ci il təvəllüdlü Əsədov Murad Rəhim oğluna "Ürək paroxu" diaqnozu qoyulub. Murad yanvar ayının 11-i saat 13:00-da Moskvada "Bakulova" ürək xəstəxanasında əməliyyat olunmalıdır. Onun əməliyyatı üçün lazım olan məbləğdən 5000 (beş min) manat çatışmır. Ailə çıxılmaz vəziyyətdədir. Bu axşama qədər bu məbləğ tapılmalıdır.
Əsədovlar ailəsi üzünü bütün imkanlı şəxslərə, az da olsa yardım edə biləcək şəxslərə tutur, övladalarının həyatını xilas etmək üçün kömək istəyir.
Hər kəsdən Murada kömək etməyi xahiş olunur.
“Məbləğ önəmli deyir, kimin imkanı nəyə çatır aşağıdakı bank hesabına köçürtsün. Yetər ki, lazım olan məbləğ sabah axşama qədər toplansın”-deyə ailə kömək istəyib.
 Unutmayın! Muradın hələ səkkiz yaşı var. Yaşamalıdır! Əlimizdən gələni edək!

Bank hesabı: 40820810940000013557
Sberbank.

Əlaqə nömrəsi:00789251357382

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!