Modern.az

“Müsavat Partiyasının Milli Şuradan getməsi xəyanətdir”

“Müsavat Partiyasının Milli Şuradan getməsi xəyanətdir”

10 Yanvar 2014, 13:48

“Müsavat Partiyasının Milli Şuradan getməsi müxalifətə xəyanətdir, zərbədir. Bu təkcə Milli Şuradan ayrılma deyil. Xalqda ümid yaranmışdı ki, müxalifət bir yerə gəlib. Müsavat Partiyası bu inamı qırdı. Onlar hərəkəti xəyanətə bərabərdir”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin sabiq müavini İbrahim Vəliyev deyib. O bildirib ki, Milli Şura seçkidən sonra zəifləyib: “Hazırda Milli Şurada qüvvələr azalıb. Əvvəlki güc yoxdur. Qüvvələr yenidən bir araya gəlməlidir. Milli Şura bunu bacara biləcəkmi?”.

İ.Vəliyev qeyd edib ki, Müxalifət düşərgəsində həqiqi müxalifət qüvvələri ilə yalançı müxalifət qüvvələri fərqləndirilməlidir: “Döyüşə girən dəstənin tərkibində xəyanətkar varsa, qələbə mümkün deyil. Birlik xatirinə birlik yaratmağa ehtiyac yoxdur. Az olsunlar, amma saf olsunlar. Xalqın inamını qırmağa ehtiyac yox idi. Onsuz da bu xalqın inamını çoxları qırıb. Xalqın mübarizə əzmini öldürən də inamın qırılmasıdır”.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!